17-08-2017 [19:26]
Bu qadının göz yaşları əvvəl oğlu üçün axıb indi isə qızına görə göz yaşı tökür. Gülbəniz Ömərova 4 ay əvvəl 17 yaşlı oğlunu torpağa tapşırıb.
Kənan Ömərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mexanika fakültəsinin birinci kurs tələbəsi olub. Onda anadangəlmə "tez-tez residivləşən trombositopenik purpura” xəstəliyi olub, bu xəstəlik tələbəlik adı qazanmış gəncin dünyaya göz yummasına səbəb olub. Qardaşının vəfatı 14 yaşlı Fidan Ömərovaya çox pis təsir edib. Gülbəniz Ömərova deyir ki, oğlunun ölümündən sonra Türkiyədə yaşayan qohumları, 14 yaşlı Fidanı, dərd-qəmdən az da olsa uşaqlaşdırmaq üçün İstanbula aparıblar. Burada Fidan Ömərovanın halı qəflətən pisləşib, müayinə zamanı qızda da qardaşının ölümünə səbəb olan xəstəliyin gizli forması aşkarlanıb. Qohumları Fidanın həyatını xilas etmək üçün onu Göztəpə Egitim və Araşdırma Xəstəxanasına yerləşdirmək məcburiyyətində qalıblar.
"Qardaşına görə, qız çox pis olmuşdu. Trombositlər tam aşağı düşüb. Aparıblar həkimə, həkim deyib ki, ayaq üstə gəzə bilməz. Təcili xəstəxanaya yerləşdiriblər. Xəstəxanadan iki gün sonra mənə zəng gəldi ki, gəl uşağının yanında dur. Buna müalicə lazımdır. Getdim əlavə 6 gün də mən yanında qaldım. 8 gün yatdı xəstəxanada.
Xəstəxanada 8 gün müalicə olunduqdan sonra Fidanın vəziyyəti stabilləşib. Xəstəxana onu evə buraxmaq üçün müalicə xərclərinin ödənməsini tələb edib və ailənin 45 621 türk lirə ödəməli olduğu bildirilib
"Bizim pulla 23000 manat edir. Məndə də o pul yoxdur. Sonra qızım bir az bacımgildə qaldı. Trombositlərin səviyyəsi normal idi. Həmin xəstəxanada qızımı təzədən qəbul etmədi, biz də aparıb başqa özəl xəstəxanada analiz verib qanını yoxlatdıq. Məlum oldu ki, trombositlərin səviyyəsi 5-ə enib. Nə edəcəyimizi bilmədik, qızımı yenidən pulunu ödəyə bilmədiyimiz xəstəxananın təcili tibbi yardım şöbəsinə apardıq. Ona bir az yardım göstərdilər. Sonra palataya köçürdülər. Orada da qızıma bir sistem köçürüblər. Sonra gəlib sistemi yarımçıq çıxarıblar ki, pul ödəmirsiniz, biz də qızınızı müalicə etmirik. Uşaq orada 4 gündür yatır, heç bir tibbi müdaxilə etmirlər. Dünən Fidan zəng elədi, dedi ki, ana, bir sistem köçürdülər. Mən indi onu Türkiyədən gətirə bilmirəm, müalicəyə görə əvvəlki məbləğin üstünə nə qədər də əlavə pul gəlib. Xəstəxanada saxlayırlar, deyirlər ki, pulu ödəməsəniz, çıxara bilməzsiniz".
Əlacı hər yerdən üzülən Gülbəniz xanım Azərbaycanın İstanbuldakı baş konsulluğuna müraciət edib. Konsulluq xəstəxana ilə əlaqə yaradaraq, məbləğin yarıya endirilməsin təklif edib, amma xəstəxana bu təkliflə razılaşmayıb.
"Konsulluqdan dedilər ki, biz pul ödəməyəcəyik, amma çalışacağıq ki, 50 faiz güzəşt etsinlər. Onlar da dedi ki, biz elə şey etmirik. Bizə pul gəlib çatmalıdır. Burada gəldik Türkiyənin Bakıdakı konsulluğa müraciət etdik. Onlar bizi Səhiyyə Nazirliyinə göndərdilər. Nazirlikdən isə dedilər ki, bu məsələ bizlik deyil".
Gülbəniz Ömərova SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin İdarəetmə aparatında xadimə işləyir. Orta aylıq əmək haqqı 271 manatdır. Həyat yoldaş şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyinə görə heç yerdə işləmir.
Ailə imkanlı şəxslərdən yardım gözləyir.
Sinxron:
"Mənim uşağım xəstədir, müalicəsi davam etməlidir. Oradan çıxartmaq lazımdır, bunun üçün isə küllü miqdarda pul lazımdır. Qızım hələ 18 yaşına kimi müalicə olunmalıdır. Müalicəni etmirlər deyə trombosit aşağı düşür. Bu kağızdakılar verdikləri dərmanlardır, qiymətləridir.
İmkanlı şəxslərə müraciət edirəm. Bir uşağımı itirmişəm, bunu da itirmək istəmirəm".
Gəlin bu gözü yaşlı anaya yardım edək, onun daha bir övlad itkisi yaşamasına imkan verməyək. Yardım etmək istəyən hər kəs Gülbəniz Ömərova ilə əlaqə saxlaya, yaxud aşağıdakı bank hesabına pul köçürə bilər.
Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22, mənzil 13
Əlaqə nömrəsi: ev: (018) 655-79-44 ; mobil: (055) 373-46-48 (Mobil)
Hesab nömrəsi:
Azərbaycan Beynəlxalq Bankı
Sumqayıt filialı
SWIFT IBAZAZ2X
Azərbaycan Respublikası, Sumqayıt şəhəri,
Səməd Vurğun küçəsi, 112/14
14-cü məhəllə,
Kod: 805658
Müxbir hesab: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
SWIFT İBAZAZ2X
Benefifiarın adı: OMAROVA GULBANİZ CAHANGİR
Benefisiarın hesablaşma hesabı:
İBAN AZ53İBAZ3380101944924684213
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır