Müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək - Dəyişiklik

img

17-08-2017 [11:56]


Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

"Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək.

Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında ən geniş yayılmış nitq qüsuru - dislaliya haqqında geniş bilikləri əks etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub