"ABŞ Çinlə iqtisadi müharibə vəziyyətindədir, ikimizdən birimiz 25 və yaxud 30 ildən sonra..." - Trampın müşaviri

img

17-08-2017 [10:05]


"ABŞ Çinlə "iqtisadi müharibə” vəziyyətindədir."
 
Bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.
 
"Biz Çinlə "iqtisadi müharibə” vəziyyətindəyik. İkimizdən birimiz 25 və yaxud 30 ildən sonra hegemon dövlətə çevriləcək. Biz bu yolda ilişib qalsaq, hegemonluq onlara nəsib olacaq. Məğlub olmağa davam etsək 5-10 ildən sonra bərpası mümkün olmayan həddə çatacağıq”, deyə S.Bennon qeyd edib. 
 
Avqustun 14-də prezident Donald Tramp Çinin ABŞ-ın intellektual mülkiyyətini mənimsəyib-mənimsəmədiyinə dair təhqiqat aparılması barədə sərəncam verib. Çin, öz növbəsində, rəsmi Vaşinqtonu cavab tədbirləri görəcəyi ilə hədələyib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR