“Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru Şimali Koreya ilə əlaqələrini kəsəcəklər” - ABŞ-ın vitse-prezidenti

img

16-08-2017 [21:41]


ABŞ Latın Amerikası ölkələrini Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri kəsməyə çağırıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çilidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib.
 
"Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru bizə qoşularaq Şimali Koreya ilə diplomatik və kommersiya əlaqələrini kəsəcəklər”, deyə M.Pens bildirib.
 
Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR