İran müxalifətinin 8 ildir ev dustaqlığında saxlanılan lideri aclıq aksiyasına başladı - Tələb

img

16-08-2017 [20:41]


İranda ev dustaqlığında saxlanılan müxalif lider Mehdi Kerrubi açlıq aksiyasına başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Kerrubiyə yaxınlığı ilə tanınan "Saham" saytına müxalif liderin həyat yoldaşı Fatma Kerrubi açıqlama verib.

O, həyat yoldaşının açlıq aksiyasına başladığını deyərək, bildirib ki, Kerrubi ürək dərmanlarından başqa heç nə qəbul etmir: "Mehdi Kerrubinin tələbi xalqın qarşısında məhkəməsinin qurulması və təhlükəsizlik qüvvələrinin evimizi tərk etməsindən ibarətdir".

Xatırladaq ki, 2009-cu il seçkilərinin nəticəsinə etiraz edən islahatçı hərəkat liderlərindən olan Mehdi Kerrubi aksiyalar zamanı ortaya çıxan iğtişaşlara dəstək vermək ittihamı ilə ev dustağı edilib. 

Ötən ilin aprel ayında, o, prezident Həsən Ruhaniyə müraciət edərək "Sizdən ev həbsimi bitirməyinizi istəyirəm. Bunun sizin əlinizdə olmadığını bilirəm. Sadəcə, konstitusiyanın 168-ci maddəsini və xalqın Sizə verdiyi səlahiyyəti əsas gətirib, məhkəmə qarşısına çıxarılmağımı rejimdən tələb etmənizi istəyirəm", - deyə, xahiş etmişdi. 

Lakin bu tələbi təmin edilməyib.

Üstəlik, ötən il ürəyində yaranan problem zamanı təhlükəsizlik qüvvələrinin müşaiyyəti ilə xəstəxanaya aparılıb, müalicə aldıqdan sonra isə yenidən ev həbsi uzadılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR