Şriftin ölçüsü / 193 dəfə oxunub

Daha bir ölkə selə qərq oldu - 58 nəfər öldü, 36 min yaşayış evi su altında qaldı

13 Avqust 2017 [22:28]

Nepalda leysan yağışlarla əlaqədar  baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Nepal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 23 nəfər itkin düşüb, 36 min yaşayış evi su altında qalıb, çox sayda iri və xırda buynuzlu heyvan tələf olub.

Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA



SON XƏBƏRLƏR