Şriftin ölçüsü / 137 dəfə oxunub

“Əsədin hərbi cinayətləri barədə sübutlara malikik” - BMT komissiyasının üzvü

13 Avqust 2017 [21:00]
BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Karl del Ponte Suriya prezidenti Bəşər Əsədin hərbi cinayətlərdə ittiham edilməsi üçün yetərli sübuta malik olduqlarını bəyan edib.
 
APA-nın məlumatına görə, Karl Del Ponte İsveçin "Le Matin Dimanche” nəşrinə müsahibəsində deyib ki, prokuror, məhkəmə olmamasına baxmayaraq, ilkin işlər görülüb.
 
Bununla belə, BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyada cinayətlər üzrə beynəlxalq tribunal yaradılmasına veto qoyduğunu xatırladıb və bu durumun onu narahat etdiyini vurğulayıb: "Suriyada ədalət təmin olunmayana qədər sülh olmayacaq. Suriyada baş verənlər faciədir. Mən heç vaxt belə sərt münaqişə görməmişəm, uşaqlar münaqişənin əsas qurbanlarıdır”.
 
Karl Del Ponte sentyabrın 18-də BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvlüyündən istefa verəcəyini də açıqlayıb.
 
Qeyd edək ki, Karl Del Ponte BMT-nin Yuqoslaviya üzrə Beynəlxalq Tribunalının prokuroru olub. O, 2012-ci ildən BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvüdür. 


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi