Azərbaycanlı milyarderin gülləkeçirməz, hər cür raketi zərərsizləşdirəcək super yaxtası - FOTOLAR

img

13-08-2017 [20:52]


Dünyanın ən zəngin iş adamları arasında yer alan, Azərbaycanlı iş adamı, Rusiyada qaz istehsalı və satışı ilə məşğul olan "Nortqaz” şirkətinin 62 yaşlı sahibi Fərhad Əhmədov 115 metrlik uzunluğu olan möhtəşəm yaxtası ilə Türkiyəyə gəlib.

Mia.az xəbər verir ki, milyarder Fərhad Əhmədov, həyat yoldaşı Tatyana Əhmədova, 3 övladı və yaxın ailə dostlarının olduğu "Luna" adlı yaxta Yunanıstandakı adalardan Bodrum sahillərinə keçib:

"Fərhad Əliyev dünən şəxsi yaxtası ilə Bodrumun Küdür Yarımadası sahibllərində lövbər salıb. Yaxtanın  özəlliyi gözləri qamaşdıra bilər. Üzmə hovuzu, helikopter meydançası, mini dənizaltı kater, 6 sürət kateri, güllə geçirməz şüşələrı və hər cür raketlərə qarşı müdafiə sistemi və dəmir gövdəli "Luna" adlı bu yaxta saatda 30 mil sürətlə yol qət edir".

Məlumatda qeyd olunur ki, yaxta 30 xidmətçi, 20 cangüdən olmaqla 50 personel var.

Xəbərdə bildirilir ki, Fərhad Əhmədov 10 gün Bodrumda dincəlməyi düşünür.

Mia.az










Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR