Gədəbəydə əməliyyat - Su hövzəsində 895 ədəd müxtəlif tipli hərbi sursat aşkarlandı + FOTOLAR

img

13-08-2017 [18:37]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gədəbəy rayonu, Söyüdlü kəndində əməliyyat keçirib.

Mia.az ANAMA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə daxil olan məlumat əsasında 12 avqust 2017-ci il tarixində həmin kənddə su hövzəsinə baxış keçirilib:

"Orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olmasını, günün sona çatmasını və havanın qaranlıq olmasını nəzərə alaraq, 13 avqust 2017-ci il tarixində əməliyyat davam etdirilib. Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1), 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası (3 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq), 10 ədəd partladıcı (UZRQM), 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat barağı və 2 ədəd RPK-74 darağı) aşkar edilib".

Məlumata görə, həmin sursatların daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR