"Elçin Quliyev bu iqtidara hörmət qazandıran kadrlardandır..." - Deputatdan maraqlı açıqlamalar

img

13-08-2017 [14:29]


"Maraqlıdır ki, Nailin hərəkətlərinə görə onun valideynləri bir kənara qoyulub, düşüblər qohumlarının üstünə. Prezident də bunları bilməmiş deyil və prinsipial möqe ortaya qoyub ki, artıq hadisəni törətmiş səxs həbs olunub”.

Mia.az bildirir ki, bu sözləri BAXCP-nın sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində "Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə bağlı qalmaqala münasibət bildirərkən deyib.

Q. Həsənquliyev Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin bu məsələdə adının hallandırılmasına etiraz edib: "Nailllə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə o, bu iqtidara hörmət qazandıran kadrlardandır. Prezident onu niyə vəzifəsindən azad etməlidir ki?!”

Deputatın sözlərinə görə, Azərbaycanda hər il avtoqəzalarda təqribən min nəfər həlak olur. Bu qəzaların böyük bir qismi  mədəni səviyyə aşağı olduğundan, sürət həddini aşmaqla özünün və başqalarının həyatına qiymət verməmək səbəbindən baş verir: "Ölkədə sürücülük yaşına çatmış əhalinin on faizindən çoxu dövlət idarə, müəssiə və təşkilatlarında çalışır, amma bu qəbildən olan şəxslər və onların övladları tərəfindən törədilən qəzaların sayı 0.1% də təşkil etmir. Ona görə də təkcə məmur övladlarının üzərinə yox, problemin üstünə getmək lazımdır”.

 "Qaçqınların bir hissəsinin ağır durumuna görə Əli Həsənovun ittiham olunması nə dərəcədə doğrudur?” sualının cavablandıran Q.Həsənquliyev bildirib ki, bu sahəyə rəhbərlik edən şəxs kimi, əlbəttə onun da məsuliyyəti var: "Amma təkcə o yox, bütün hökumət buna görə məsuliyyət daşıyır. Dəfələrlə büdcə müzakirələri zamanı məsələ qaldırmışam ki, hökumət üçün həlli vacib olan məsələlər nədir?! Səmərəsiz istifadə olunan idman komplekslərinin, diaqnostik mərkəzlərin, parkların, bayraq meydanlarının tikilməsi, idman yarışlarının təşkili, yoxsa 25 ildir dözülməz vəziyyətdə yaşayan insanların həyatı?!

Deputat qeyd edib ki, hər zaman qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri təqdir etsə də, yetərli saymayıb: "Qəzalı və antisanitar vəziyyətdə yaşayan qaçqınlar üçün dərhal mənzillər tikilməlidir. İmkan olmasa, bu başqa məsələ, amma dövlətin buna imkanları çatır. Mehriban xanım bu məsələ ilə ciddi məşğul olur, özəl şirkətlər də Onun çağırışı ilə bu işə dəstək verməyə başlayıblar. Amma büdcədən və neft fondundan milyardlarla vəsait ayrılmasa, qaçqınların əzablı həyatı davam edəcək. Bu, bir insani məsələ olmaqla, həm də siyasi məsələdir. Səbri tükənməkdə olan bu qəzəbli insanlardan ölkədə sabitliyi pozmaq üçün istifadə oluna bilər. Hazırda  növbəti ilin büdcə layihəsi hökumətdə müzakirə olunur, düşünürəm ki, həm hörmətli Mehriban xanım, həm Əli Həsənov çalışmalıdırlar ki, bu məqsədlə yetərli vəsait ayrılsın.


Digər xəbərlər
SON XƏBƏRLƏR