Şriftin ölçüsü / 360 dəfə oxunub

DİM yeni tələbələrə müraciət etdi – Avqustun 25-nə qədər bu sənədlərlə qeydiyyatdan keçin! + SİYAHI

13 Avqust 2017 [14:03]
Dövlət İmtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb.

Mia.az DİM-ə istinadən xəbər verir ki, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Həmin sənədlərin siyahısı:

– Attestatın əsli;

– Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

– Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);

– Yaşayış yerindən arayış;

– Sağlamlıq haqqında arayış;

– 6 ədəd 3×4 ölçüdə fotoşəkil;

– Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;

– Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.

Qurumdan bildirilib ki, məyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Mia.az


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi