Şriftin ölçüsü / 1053 dəfə oxunub

"Bu xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev

12 Avqust 2017 [13:44]

Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm. Allah rəhmət eləsin!". 




SON XƏBƏRLƏR