Boksçu nazirliyin qarşısında özünü yandırmaq istədi: "Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın" - VİDEO

img

11-08-2017 [17:41]


Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.

 Mia.az Azxeber.com-a istinadən xəbər verir ki,  idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.

 İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".

 Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.  Qeyd edək ki, boksçu Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR