"Ciddi islahatlara ehtiyac var" - Partiya sədrindən tələb

img

11-08-2017 [16:54]


Bu gün "Azərbaycanın istedatlı idmançıları gedib başqa ölkələrdə çıxış etməyə başlayıb. Təbii ki, bu yaxşı hal deyil."

Bunu moderator-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, bəzi qurumlar xaricdən ölkəmizə idmançı gətirərək pul silməklə məşğuldular:

"Azərbaycanda idmançılar yetişdirmək lazımdır. Xaricdən ölkəyə idmançı gətirib pul silirlər. İlham Əliyev Olimpiya Komitəsinin prezidentidir. O, hər şeyə nəzarət edə bilmir, amma idmanı ölkənin prioritet məsələlərindən biri hesab edir. Federasiyaların gördüyü uğursuz iş bu sahədə çox ciddi problemlər yaradıb. Hesab edirəm ki, bütün sahələrdə olduğu kimi bu sahədə də ciddi islahatlara ehtiyac var. Ölkə olaraq gecikmədən bu islahatlara başlamalıyıq. Biz Müasir Müsavat Partiyası olaraq hər zaman islahatlara tam dəstək verməyə hazırıq. Hər keçən gün güclənən sıraları artan partiyamız bu işdə prezidentə tam dəstək olmağa hazırdı".



Digər xəbərlər
SON XƏBƏRLƏR