“Hərbi arsenalımız döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa...” - Tramp savaşın anonsunu verdi

img

11-08-2017 [16:49]


ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.
 
"Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa...”, - deyə, o, "Twitter”də yazıb.  
 
D. Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.
 
Xatırladaq ki, D. Tramp son günlər Şimali Koreya ilə bağlı sərt bəyanatlar verir/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR