Nazirin həyat yoldaşının qızıllarını oğurladılar - Xaricdə səfərdə olarkən

img

10-08-2017 [20:37]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xanımı soyulub.

Çavuşoğlu ilə birlikdə Filippində Asiya ölkələri xarici işlər nazirlərinin görüşünə qatılan  Hülya Çavuşoğlunun qızılları hava limanında oğurlanıb.

Hadisə Ninoy Aquino Beynəlxalq hava limanında baş verib. Baş verən faktla bağlı 4 nəfər tutulub.

Araşdırmalar nəticəsində qızıl-gümüş qutusunun baqaj yükləyənlərdən birinin şkafında olduğu aşkarlanıb/Lent.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR