Putinə cavab, yoxsa... - ABŞ ordusunun qərargah rəisi Gürcüstana gəldi + FOTOLAR

img

10-08-2017 [17:41]


ABŞ ordusunun qərargah rəisi, Quru Qüvvələri baş komandanı, general Mark Mayli Gürcüstana səfər edib.

M. Mayli Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibaya ilə görüşüb və Tbilisi ətrafındakı Vaziani bazasında keçirilən çoxmillətli "Layiqli tərəfdaş 2017” hərbi təlimlərinə baş çəkib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın müdafiə naziri Levan İzoriya avqust ayında 7 amerikalı generalın ölkəyə səfər edəcəyini, sentyabrda isə iki ölkə arasında hərbi hazırlıq üzrə saziş imzalanacağını bildirib.

Hazırda ABŞ-ın Almaniyanın Xoxenfels qəsəbəsindəki hərbi təlim bazasının rəisi, general Antonio Aquto da Gürcüstandadır/APA

Xatırladaq ki, iki gün əvvəl Rusiya prezidenti Gürcüstanın Abxaziya bölgəsinə səfər edərək, qondarma respublikanın rəhbəri ilə görüşmüşdü. Həmin görüşdə Putin  "Biz Abxaziyanın təhlükəsizliyinə və müstəqiliyinə etibarlı təminat veririk", - deyə, Gürcüstana və onu dəstəkləyən ABŞ-a açıq mesaj vermişdi. Bu bəyanatdan dərhal sonra Amerika Departamenti açıqlama yayaraq, Putinin Abxaziyaya səfərini və oradan səsləndirdiyi mesajı kəskin pisləmişdi. 

Bu gün isə ABŞ öz ordusunun baş qərargah rəisini Gürcüstana göndərməklə, görünür, Putunə Gürcüstanı sahibsiz olmadığı mesajı vermək məqsədi daşıyır...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR