Dövlət Agentliyi sərnişin daşıyıcılarının qarşısında qəti tələb qoydu - Açıqlama

img

10-08-2017 [17:28]


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bütün sərnişin daşıyıcılarına tapşırıq verilib ki, avtobusları əsaslı təmir etsinlər.

Bu barədə Trend-ə Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, bu tələbə əsasən, bu ilin 6 ayı ərzində 643 avtobus təmir olunub: "Ötən il isə 327 avtobus təmir olunub. Daşıyıcılara xəbərdarlıq edilib ki, qısa zaman ərzində avtobusları əsaslı təmir etsinlər. Yenilərini almaq çətindir, amma sahibkarlar başa düşməlidir ki, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi üçün avtobuslar əsaslı təmir olunmalıdır. Bununla bağlı mütəmadi monitorinqlər keçirilir”.

N.Ağayev əlavə edib ki, eyni zamanda daşıyıcılara istehsalat bazalarının yaradılması ilə bağlı qoyulan tələb də yerinə yetirilir: "Artıq 5 daşıyıcı tərəfindən istehsalat bazası istifadəyə verilib, 10-a yaxın daşıyıcının da istehsalat bazası yenilənir. İstehsalat bazasını, balanslarındakı avtobusları yeniləməyən daşıyıcılar zaman keçdikcə xətdən kənarlaşdırılacaq. Yəni onlara qəti tələb qoyulub. Əgər işləmək istəyirlərsə, biznes maraqları ilə yanaşı sosial məsuliyyətlərini də dərk etməli və işlərini ona uyğun qurmalıdırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR