Ruhanidən yeni təyinatlar - Prezident özünə iki qadın müavin və bir qadın köməkçi gətirdi

img

10-08-2017 [16:40]


İran prezidenti Həsən Ruhani özünə iki qadın müavin və bir qadın köməkçi təyin edib.
 
H. Ruhani Məsumə İbtikarın  prezidentin qadın və ailə məsələləri üzrə müavini, Laya Cuneydinin  prezidentin hüquq məsələləri üzrə müavini, Şəhindoxt Molaverdinin isə prezidentin vətəndaşlarla iş üzvə köməkçisi vəzifələrinə təyin olunması barədə sərəncam imzalayıb.
 
Prezidentin digər sərəncamı ilə islahatçı siyasətçi İshaq Cahangiri yenidən birinci müavin (vitse-prezident) vəzifəsinə təyin edilib.
 
Bundan öncə Nazirlər Kabinetində qadınlara da yer verilməsi barədə prezidentə çağırışlar olub. Lakin yeni hökumətin tərkibi açıqlandıqda məlum olub ki, orada heç bir qadın yoxdur. 
 
Yeni hökumətdə 17 nazirdən 7-si yenidir. Önəmli dəyişikliklərdən biri Gömrük Komitəsinin sədri Məsud Kərbasiyanın hazırkı iqtisad naziri Əli Tayyibniyanın əvəzinə bu vəzifəyə təqdim olunmasıdır. H. Ruhani müdafiə nazirinin müavini Əmir Hatəmini hazırkı müdafiə naziri Hüseyn Dehqanın yerinə nazir vəzifəsinə təqdim edib. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini isə Cavad Azəri əvəzləyəcək.
 
Yaxın günlərdə parlament yeni Nazirlər Kabinetinin səlahiyyətini təsdiqləyəcək.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR