Şriftin ölçüsü / 124 dəfə oxunub

“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib - Açıqlama

10 Avqust 2017 [16:32]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalına "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Xidmətdən necə istifadə etmək olar?

Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə "Bütün xidmətlər” bölməsini seçin. Daha sonra "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən "Elektron müraciət” adlı xidməti seçin.

Açılan səhifədə "Su kanal idarələri”, yaxud "İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib "Müraciət et” düyməsinə sıxın.


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi