Şriftin ölçüsü / 149 dəfə oxunub

Ər arvadını bıçaqladı - Salyanda

10 Avqust 2017 [16:04]
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Xankişiyeva Kəmalə Baba qızı bud nahiyəsinin bıçaqla deşilmiş yarası ilə Salyan Mərəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Onun həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR