"Bəzi harınlamış məmur övladları ata-babalarının..." - Partiya yetkilisindən mövqe

img

10-08-2017 [15:54]


"Son vaxtlar dünyanın yeni bölgüsünü aparmaq istəyirlər. 100 ildən artıqdır ki, Amerika-Avropa Böyük Ortadoğu Projesini həyata keçirmək istəyirlər. Yaxın Şərqdə, xüsusilə İrak, Suriya, İran və Türkiyəni bölərək, yeni kiçik dövlətlərin yaradılması mübarizəsi genişlənməkdədir. Bu mübarizədə Amerika, İsrail və tərəfdarları bir cəbhədə, Rusiya-Çin digər cəbhədə mübarizə aparırlar”.

Bunu Versus.Az-a Rusiyanın son vaxtlar sanksiyalara məruz qalmasıyla bağlı açıqlamasında Müasir Müsavat Partiyası (MMP) sədrinin təşkilati məsələlər üzrə birinci müavini Rəhim Bağırov bildirib.

Rəhim Bağırov qeyd edib ki, son illərdə Rusiya 300 illik arzusuna çataraq Yaxın Şərqdə, Aralıq Dənizində hərbi bazalarını yerləşdirməkdədir və Suriya məsələsində tam söz sahibidir:

"Buna görə də Amerika Rusiyanı Yaxın Şərqdə görmək istəmi, son zamanlarda tətbiq etdiyi sanksiyalar həmin oyunun tərkib hissəsidir. Rusiya uzun müddətdir ki, belə sanksiyalara uyğunlaşıb”.

Politoloqların tezliklə Rusiyanın diz çökəcəyi ilə bağlı proqnozlarına gəlincə, partiya yetkilisi bunun cəfəngiyyat olduğunu deyərək, Rusiyanın belə bir vəziyyətə düşəcəyinin reallıqdan uzaq olduğunu bildirdi:

"Yaxın tariximizə baxsaq görərik ki, bu günə qədər (40 ilə yaxın) Amerika, digər Avropa ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar Rusiyadan dəfələrlə zəif olan İranı diz çökdürə bilmədisə, Rusiyanı necə diz çökdürəcək?”

Rəhim müəllim son vaxtlar məmurların ailə üzvlərinin adlarının olaylar sırasında hallanması məsələsinə də toxundu:

"Belə hadisələr dəfələrlə baş verib. Bəzi harınlamış məmur övladları ata-babalarının korrupsiya, rüşvət, cinayət yolu ilə əldə etdikləri milyonları sağa-sola səpələyərək belə hadisələr törədirlər və törətməkdə də davam edəcəklər”.

MMP sözçüsü baş verənlərdən dolayı həmişə olduğu kimi indi də hökumətdə hansısa kadr dəyişikliyini gözləmədiyini vurğuladı.


Digər xəbərlər
SON XƏBƏRLƏR