Bakıda avqustun 9-da havanın hərarətində yeni rekord qeydə alınıb - Nazirlikdən açıqlama

img

10-08-2017 [11:37]


Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında  40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib.
 
Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR