Azərbaycanda bu sahədə çalışanların maaşları artıb - Rəsmi statistika açıqlandı

img

10-08-2017 [10:23]


2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib.

Bu haqda Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Məlumata görə, 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 28,2 faizi dövlət, 71,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 807,8 manata çatıb.

Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,6 manat, dövlət sektorunda isə 521,3 manat olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 7,5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 8,8 faiz artıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR