"General Ramiz Zeynalova üzümü tutub, deyirəm ki..." - Bakı sakini ilginc olayla üzləşib + VİDEO

img

08-08-2017 [12:51]


Bakı şəhər Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi 4-44 ünvanında yaşayan vətəndaş Fərəcov Ramin Abasqulu oğlu Azinforum.az-a etdiyi müraciətdə rastlaşdığı dəhşətli kurioz hadisədən bəhs edib.

Şikayətçi bildirir ki, 2014-cü ildən başlayaraq, onun daimi qeydiyyatda olduğu ünvana Dövlət Yol Polisi tərəfindən göndərilən qayda pozuntusu,  cərimələrin  olmasına dair MMX protokolları gəlməyə başlayıb:

"Baxdım ki, cərimələr "Mercedes” markalı 90 -EP- 648 avtomobilinə gəlib. Heç vaxt belə avtomobilimin olmaması və kiminsə bu parametrlərə uyğun avtomobili etibarnamə ilə mənə verməməsi səbəbindən məsələnin texniki yalnışlıq olduğunu zənn etdim. Sonra gördüm ki, cərimələrin gəlişi daha da intensivləşidi. 

DYP-yə şikayət etdim. General Ramiz Zeynalovun oturduğu binanın 301-ci otağında mənə dedilər ki, avtomobilin  texniki pasportunda mənə məxsus olduğu göstərilir. Belə olan təqdirdə mən avtomobilin niyə başqasında olduğu ilə maraqlandım.

 Sənəddə mənim adımadırsa, niyə başqası sürür və cərimə mənim adıma gəlir? Bu suallardan yayınan DYP zabiti bildirdi ki, ərizə yazmalıyam və yalnız həmin avtomobil kiməsə satılanda burda sənədləşdirilən vaxt onlar məni dəvət edə bilərlər. Mənə aidiyyəti olmayan, lakin ünvanıma yazılan cərimələrin həcmi o qədər böyüyüb ki, hazırda ölkədən çıxışıma qadağa  qoyulub.

Mən general Ramiz Zeynalovdan xahiş edirəm ki, bu məsələni şəxsən öz nəzarətinə götürüsün. Ümumiyyətlə əlaqəm olmayan və heç vaxt pul verib almadığım bir avtomobilin hansı məqsədlə adıma sənədləşdirildiyi dəqiq  araşdırılsın. Bu işdə təqsiri olan səlahiyyətli şəxslərin qanun qarşısında cəzalandırılmasını tələb edirəm. Sabah həmin maşınla kimsə bir cinayət törətsə, yenə məsuliyyəti mən daşımalıyam? Belə haqsızlıq olmaz axı…

Şikayətimə DYP tərəfindən lazımi reaksiya verilməyəcəyi təqdirdə, həmin qurum barəsində məhkəmə iddiası qaldırmağa məcbur olacam”.

Mövzu ilə bağlı DYP-nin də mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR