Gürcüstan hökuməti Polşaya rəsmi müraciət etdi - Saakaşvilinin həbsi üçün...

img

07-08-2017 [18:25]


Gürcüstan hökuməti eks-prezident Mixail Saakaşvili ilə bağlı Polşaya müraciət edib.

Bu barədə Varşava bölgə prokurorluğundan məlumat verilib.

"Bazar ertəsi prokurorluğumuza Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən Mixail Saakaşvilinin ölkəmizdə olub olmaması ilə bağlı müraciət daxil olub”, - prokurorluqdan bildirilib.

Varşava prokurorluğu məsələnin dövlət sərhəd xidməti və polislə birgə araşdırılacağını açıqlayıb.

Qeyd edək ki, Gürcüstan keçmiş prezident Mixail Saakaşvilinin həbs edilərək Tiflisə ekstradisiya olunmasını tələb edir/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub