Şriftin ölçüsü / 1038 dəfə oxunub

"Eşşəyin də səsi var, o da oxumalıdır?” - Səbinə Babayeva

30 Iyul 2017 [12:11]
"Eurovision” təmsilçimiz Səbinə Babayeva həmkarlarının bostanına daş atıb. 

İfaçı "Xəzər maqazin”ə açıqlamasında müğənniləri bayağılıqda günahlandırıb: 

"Müğənninin gərək səsi olsun. Hər səsi olan da oxumamalıdır. Ona qalsa, kobud ifadəmə görə üzr istəyirəm, eşşəyin də səsi var. Bu o demək deyil ki, o da oxumalıdır”. 

Səbinə mahnılarını dinlədiyi müğənnilərin adlarını da açıqlayıb: 

"Sevda Ələkbərzadəni, Samiranı, Manananı, Samir Cavadzadəni dinləyirəm. Müğənnilərin əksəriyyəti toy üslubunda oxuyur. Hətta elə mahnılar yazırlar ki, qabaqcadan düşünürlər, toy tutsunlar".

Axsam.az


SON XƏBƏRLƏR