29-07-2017 [23:32]
"Jara” Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən ənənəvi keçid mərasimi başa çatdıqdan sonra aparıcılar musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.
Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının "İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?” sualını cavablandıraraq deyib:
"Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir”.
Bundan əvvəl "Jara-2017” festivalının üçüncü gününün qırmızı xalı üzərindən keçən iştirakçıları jurnalistlərin suallarını cavablandırıb, Bakı və festivalla bağlı təəssüratlarını bölüşüblər.
Rusiyanın Xalq Artisti, parodiyaçı Vladimir Vinokur qırmızı xalı üzərindən keçərkən Bakı və festival haqqında fikirlərini yumoristik şəkildə belə ifadə edib: "Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim”.
Bakıya üç gün əvvəl gələn həmkarlarına qibtə etdiyini bildirən Belarusun Əməkdar Artisti Anjelika Aqurbaş deyib: "Bakıya bu gecə gəlmişəm. Festivala hazırlaşırdım. "Jara”ya yalnız gözəl zahiri görkəmlə deyil, hazırlıqlı gəlmək lazımdır. Bu gün "Luçşıy tebya net” mahnısını oxuyacağam. Bu mahnı məhz "Jara”ya həsr olunub. Doğrudan da bu festivaldan yaxşısı yoxdur”.
Qırmızı xalı üzərindən keçən Aleksandr Revva Azərbaycan dilində bu sözləri səsləndirib: "Mən səni sevirəm, Bakı”. İnna Malikova isə belə deyib: "Bakıya - bu gözəl şəhərə gəlməyimdən məmnunam. Burada çəkdirdiyim fotoşəkilləri instaqramda yerləşdirəcəyəm”.
Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan "Jara”ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: "Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım”.
Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illərdir sevilə-sevilə dinlənildiyini vurğulayıb.
Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib.
Qırmızı xalı üzərindən son olaraq EMİN keçib. O, "Jara”da bu gün çox möhtəşəm gecə yaşanacağını, sürprizlərlə zəngin olan konsertin Alla Puqaçova sənətini sevənlərin yaddaşında silinməz izlər qoyacağını qeyd edib.
Qırmızı xalı üzərindən keçiddə Yuliya Lısenko və Slava Nikitin aparıcılıq ediblər.
Xatırladaq ki, "Jara”da üçüncü gecə SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılığına həsr olunub.
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub