Şriftin ölçüsü / 365 dəfə oxunub

Aparıcı Lamiyyə Ələkbərqızı "Lider” telekanalından gedib?

27 Iyul 2017 [15:34]
Aparıcı Lamiyyə Ələkbərqızının uzun illərdir çalışdığı "Lider” telekanalı ilə yollarını ayırdığı xəbəri yayılıb.
 
Axşam.az-ın əldə etdiyi məlumata görə, sözügedən telekanalda həm də direktor müavini kimi fəaliyyət göstərən aparıcı artıq ərizəsini də yazıb. 

Aparıcı ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Onun hazırda məzuniyyətdə olduğunu deyilir. Bəzi mənbələr isə L.Ələkbərqızının çəkilişlərdə olduğunu söyləyib.

Qeyd edək ki, telekanalın rəhbəri Ədalət Əliyev sosial şəbəkədə etdiyi paylaşımla hər kəsi təəccübləndirib. O, İnstaqramda "Lider” telekanalı adından açılan saxta profillərə qarşı mübarizə apardıqlarını vurğulayıb. Ə.Əliyev rəsmi İnstaqram səhifələrini paylaşaraq "Saxta profillərə abunə olmayın. Onlara qarşı istintaq işi açılıb" sözlərini yazıb.

Xatırladaq ki, L.Ələkbərqızı əvvəl AzTV-də fəaliyyət göstərib. 11 ildir "Lider" telekanalında çalışır.


SON XƏBƏRLƏR