27-07-2017 [12:46]
2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib.
Bu barədə Modern.az-a H.Həsənovun qardaşı Nail Həsənov bildirib. O qeyd edib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə yaşayacaq. "Yeni mənzil Mehdiabad qəsəbəsində yerləşir, üçotaqlı, tam təmirli mənzildir”.
N.Həsənov özünün, atası Fərman Həsənovun və ailə üzvlərinin adından ölkə başçısı İlham Əliyevə, "Dövlətqaçqnkom”un sədri Əli Həsənova təşəkkürünü bildirib:
""Dövlətqaçqnkom”un əvvəl verdiyi Müşfiqabad qəsəbəsindəki evin Həsənin ailəsindən alınaraq başqasına verilməsi mətbuatda geniş rezonans doğurmuşdu. Sonra Əli Həsənov Həsənin ailəsini şəxsən nəzarətə götürdü. Yoldaşı Vüsalə xanımı şəxsən qəbul edərək onun ailə problemləri ilə maraqlandı. Əli müəllim qardaşımgilin ev məsələsini daim diqqətdə saxladığını qeyd etdi. Cənab sədr həmin vaxt ailənin istəyinə uyğun yerdən evlə təmin edəcəyini deyərək, bu barədə məsələni Mehriban xanım Əliyevaya da bildirəcəyini söyləmişdi.
Həsənin ailəsinə Mehdiabad qəsəbəsində mənzil verilməsində Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu. Bu yaxınlarda oradakı şəhərcikdə mənzil şəraiti pis olan ailələrə Mehriban xanım tərəfindən mənzil hədiyyə olunacaq. Hələ ki Həsənin ailəsi oradan mənzil alan ilk ailədir”.
Qeyd edək ki, 2014-cü ildə ölkə başçısı "Dövlətqaçqnkom”un sədri Əli Həsənova D.Əsgərov, Ş.Quliyev və H.Həsənovun ailəsinin mənzillə təmin olunması barədə göstəriş verib.
Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə gedən Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevə "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?