Əbülfəs Qarayevin qəbul qrafiki açıqlandı - Nazir Şəkiyə gedir

img

26-07-2017 [20:00]


Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də saat 11:00-da Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174) keçiriləcək qəbulda Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt – 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR