Prezidentdən media ilə bağlı daha bir qərar – SİYAHI

img

25-07-2017 [23:16]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 19 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.

2. Cari məsələlər.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 19 iyul 2017-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb.Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – İntiqam Hümbətov, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyevdövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Birdəfəlik maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı

Nəşrin adı

Ayrılmış məbləğ

(AZN)

1."Azərbaycan” qəzeti

42.500

2."Bakinski raboçi” qəzeti

42.500

3."Bakı Xəbər” qəzeti

42.500

4."525-ci qəzet”

42.500

5."Xalq qəzeti”

42.500

6."İki sahil” qəzeti

42.500

7."Kaspi” qəzeti

42.500

8."Kaspiy” qəzeti

42.500

9."Mövqe” qəzeti

42.500

10."Palitra” qəzeti

42.500

11."Respublika” qəzeti

42.500

12."Səs” qəzeti

42.500

13."Şərq qapısı” qəzeti

42.500

14."Yeni Azərbaycan” qəzeti

42.500

15."Yeni Müsavat” qəzeti

42.500

16."Ekspress” qəzeti

42.500

17."Ədalət” qəzeti

35.000

18."Olaylar” qəzeti

35.000

19."Şərq” qəzeti

35.000

20."Bizim yol” qəzeti

30.000

21."Exo” qəzeti

30.000

22."Xalq Cəbhəsi” qəzeti

30.000

23."Həftə içi” qəzeti

25.000

24."Azad Azərbaycan” qəzeti

25.000

25."Novoye vremya” qəzeti

25.000

26."Paralel” qəzeti

25.000

27."Üç nöqtə” qəzeti

25.000



Digər xəbərlər
SON XƏBƏRLƏR