25-07-2017 [20:12]
Hazırda Bakıda avtomobil bazarında durğunluq müşahidə olunur.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynovun sözlərinə görə, ikinci əl avtomobillərin qiyməti ucuzlaşıb: "Mühərrik həcmi 2,5-dən yuxarı olan avtomobillərin qiymətində 25 faizə qədər, mühərrik həcmi 2,5-dən aşağı olan avtomobillərdə isə 5 faizə qədər azalma müşahidə olunur”.
Ekspertin sözlərinə görə, bazardakı vəziyyətə həm yay mövsümü, həm də yanacağın qiymətinin dəyişməsi təsir edib:
"Benzinin qiymətinin dəyişməsi ona təsir etdi ki, insanlar mühərrik həcmi aşağı, lakin at gücü yuxarı olan avtomobillərə üstünlük verirlər. Ümumiyyətlə avtomobil bazarında ciddi dəyişiklik baş verir. Adətən insanlar həmişə 2002-ci ilə qədər olan köhnə "Opel” və "Mercedes” markalı avtomobillərdən istifadə edirdilər, çünki həm yanacağın qiyməti aşağı idi, həm o avtomobillərin ehtiyat hissələri, təmir xərcləri nisbətən ucuz başa gəlirdi. İndi isə müştərilər mühərrik həcmi eyni, lakin at gücü daha çox olan yeni avtomobillərə üstünlük verirlər. Ona görə bu avtomobillərin qiymətində artım müşahidə olunur.
Digər tərəfdən, əvvəllər insanlar ucuz avtomobil alıb, taksi fəaliyyəti ilə məşğul olurdular. Lakin indi bazarda çoxlu sayda taksi şirkətləri fəaliyyət göstərir və onlar da rəqabət olduğu üçün qiyməti aşağı salmağa çalışırlar.
Digər tərəfdən də benzinin qiymətində olan dəyişikliklər səbəbindən köhnə avtomobillərlə taksi fəaliyyəti göstərmək rentabelli olmur. Təbii ki, bu da köhnə avtomobillərin qiymətində azalmaya səbəb olur”.
V.Hüseynov bildirib ki, növbəti ay bazarda aktivlik daha da aşağı düşəcək: "Yay aylarında ümumiyyətlə avtomobil bazarında aktivlik aşağı düşür. Bu hər il bizim müşahidə etdiyimiz haldır. Sentyabr ayından isə bazarda canlanma başlayacaq. Qiymətlər isə manatın məzənnəsindən və digər amillərdən asılı olacaq”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)