Kooperasiya Universitetindəki yanğında - 9 nəfər zəhərlənib

img

22-07-2017 [19:17]


Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR