Rey Kərimoğlunun “kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında kitabı işıq üzü gördü - “Kod adı: “Rey”

img

22-07-2017 [18:20]


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun "kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan "Kod adı: "Rey” kitabı işıq üzü görüb.

Kitabda müəllifin 2012-2013-cü illərdə lent.az saytında qələmə aldığı xatirələri yer alıb. 

Mia.az xəbər verir ki, xatirələr müəllifin 1991- 92-ci illərdi Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.

Qanun nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhmədir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Lent.az saytının kitabxanasından silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq. 

Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. 

İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi isə çağırış kodu elə öz adı - "REY” olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR