“Sıralarımızdakı qeyri-peşəkarların sayı sürətlə artır” - Tanınmış jurnalist

img

22-07-2017 [16:28]


"Azərbaycan mətbuatı zəngin ənənələr üzərində bərqərar olub. Azərbaycanın vicdanlı qələm sahibləri düz 142 ildi ki, bu ənənələri qoruyub-saxlayır, gələcək nəsillərə ötürürlər”.

Mia.az xəbər verir ki, bu sözləri Sfera.az saytına açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. 

Tanınmış jurnalist qeyd edib ki, zaman dəyişdikcə, mətbuatın missiyası da dəyişir: "Həsən bəy Zərdabi "Əkinçi” qəzetini xalqı maarifləndirmək, insanları xüsusilə təbiətə aid vacib yeniliklərlə tanış etmək üçün yaratmışdı. Amma bu gün mətbuatın başlıca vəzifəsi oxucunu operativ informasiya ilə təmin etməkdir. Təəssüf ki, müasir mətbuatımız özünün maarifçilik missiyasından bir qədər uzaq düşüb”.

JAM sədri deyib ki, senzuranın ləğvi müsbət hadisə olsa da, bəzi jurnalistlərin bundan sui-istifadə etməsi narahatlıq üçün ciddi əsas yaradır: 

"Mən həmişə senzuranın əleyhinə olmuşam. Amma bəzi həmkarlarımız senzuranın ləğvindən istifadə edib, bu sektorda xaos yaratmağa çalışırlar. Ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, sıralarımızdakı qeyri-peşəkarların sayı sürətlə artır. Elə qələm sahibləri var ki, sözü qənbər daşı ilə qarışıq salıb, rəqiblərin başına çırpırlar. Mətbuat ədavət aparmaq, kimlərləsə haqq-hesab çürütmək meydanı deyil. Əsl jurnalist, var-dövlət, sərvət müqabilində olsa belə, qələmini satmamalıdır. Çünki jurnalistin qələmi onun şərəfidir. Bu gün qələmini, yəni şərəfini var-dövlətdən, hər cür sərvətdən üstün tutan jurnalistlərin bayramıdır. Onların hamısını təbrik edirəm!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR