"Onları buraxın, əks təqdirdə prezident qəti tədbirlər görməyə hazırdır” - ABŞ-dan rəsmi Tehrana ultimatum

img

22-07-2017 [10:42]


ABŞ prezidenti Donald Tramp İran hökumətindən həbsxanada saxlanılan Amerika vətəndaşlarını azad etməyi tələb edib.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
 
"Haqsız yerə həbsdə saxlanılanlar azadlığa buraxılmalıdır. Əks təqdirdə prezident Tramp İrana qarşı qəti tədbirlər görməyə hazırdır”, məlumatda deyilir.
 
D.Tramp rəsmi Tehrandan 10 ildən çoxdur ki məhkum həyatı yaşayan Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Levinson, eləcə də digər ABŞ vətəndaşlarının azad edilməsini tələb edib. 
 
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti İran hökumətini Birləşmiş Ştatlar və digər xarici ölkə vətəndaşlarını azadlığa buraxmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR