17-07-2017 [20:24]
Bu gün Özbəkistanın Bakıda səfərdə olan yazar və jurnalistlərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Mia.az xəbər verir ki, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
O bildirib ki, Şura medianın özünütənzimləməsini həyata keçirən qurumdur və sıralarında ölkənin aparıcı kütləvi informasiya vasitələrini və jurnalist təşkilatlarını birləşdirir. Qurumun başlıca missiyası isə media fəaliyyəti ilə bağlı vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır.
MŞ sədri Azərbaycanda KİV-lərin durumu ilə bağlı da məlumat verərək qeyd edib ki, 1998-ci ildə senzuranın aradan qaldırılmasından sonra qəzet, jurnal və informasiya agentliklərinin sayı aradan qalxıb. Bundan sonra qanunvericilik təkmilləşdi, jurnalistlərin sosial müdafiəsi tədbirlərinə diqqət ayrılıb.
Azərbaycanda KİV-ə sistemli dövlət dəstəyinin mövcudluğundan söz açan MŞ sədri medianın iqtisadi bazasının möhkəmləndirilməsinə ehtiyacın duyulduğunu da dilə gətirib, mövcud istiqamətdə beynəlxalq təcrübənin nəzərdən keçirildiyini və tətbiqi imkanlarının ciddi şəkildə araşdırıldığını vurğulayıb.
Ə.Amaşov həmçinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın torpaqlarının işğalı faktına da diqqət yetirib. O bildirib ki, 20 ildən artıqdır davam edən erməni işğalı 1 milyondan artıq Azərbaycan vətəndaşını öz doğma yurd-yuvasından didərgin salıb.
"Mən istərdim ki, siz Özbəkistan jurnalistləri, ölkənizin ziyalıları bu məsələyə həssas yanaşasınız. Qarabağ həqiqətlərini Özbəkistanda təbliğ edəsiniz. Hesab edirəm ki, bu, dost özbək xalqının dəstəyi olar, həm də biz jurnalistlər arasında həmrəyliyi möhkəmləndirər”, - deyə o vurğulayıb.
Özbəkistanın yazar və jurnalistlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə geçəkləşməkdədir. Məqsəd özbək mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları, ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına, ikitərəfli münasibətlərin inkişafına dəstək olmaqdır.
Onu da bildiririk ki, nümayəndə heyətinin tərkibinə Özbəkistanın tanınmış yazar-jurnalisti, aparıcı "Dərəxçi” xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, "Uzbekistantoday” (ut.uz) İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Dilbar Babacanova, ən çox oxunan "kun.uz” xəbər saytının jurnalisti Lola Raxmanbayeva, Özbəkistanın aparıcı "1news.uz” xəbər saytının baş redaktoru Şuxratjon Oripov, "kultura.uz” saytının baş redaktoru Boris Babayev, Özbəkistan Dövlət Televiziyasının jurnalisti Elmira Tukhtavatulina, Özbəkistanın "102 FM” radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova, Özbəkistanın "Ailəvi kanalı”nın jurnalisti Gulya Safayeva, o cümlədən, tarixçi – alim Şuxrat Salamov, Özbək şairə, yazıçı Şəhla Qasımova və Özbəkistanın aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soibnazarov daxildir.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO