Şriftin ölçüsü / 68 dəfə oxunub

Gəncə şəhərində sosial maarifləndirmə tədbiri keçirilib - Tədbir + FOTO

17 Iyul 2017 [16:15]

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) iyulun 12-də Gəncə şəhərində şəhər icra hakimiyyəti, DSMF, bələdiyyə, sahibkar və KİV nümayədələrinin iştirakı ilə sosial maarifləndirmə təlimi təşkil edib.

Mərkəzdən Mia.az-a Təlimdə ekspert Rövşən Novruzov "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin dayanıqlı ikişaf məqsədləri kontekstində" mövzusunda təqdimat edib.

O, 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barəsində təlim iştirakçılarına məlumat verib. Təlim iştirakçıları onları maraqlandıran sualla müraciət edib və eyni zamanda öz problemlərini bölüşüblər. Qaldırılan əksəriyyət sual və təkliflərlə bağlı məsləhətlər verilib.

Təlim zamanı 3 fokus qrup yaradılb. Hər bir qrupun təqdimatı üçün suallar müəyyənləşdirilib Qrup üzvləri müəyyən vaxt ayırmasından sonra öz təqdimatlarını ediblər. Qrup üzvləri təqdimat zamanı biri digərinə müxtəlif suallar verib və bu da onların etdiyi təqdimatın daha da maraqlı olmasına səbəb olub. Təlimin sonunda iştirakçılar təlimi qiymətləndiriblər.

Tədbir Avropa İttifaqı  tərəfindən maliyyələşən və BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans:  Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması layihəsi çərçivəsində təşkil edilib.



SON XƏBƏRLƏR