Şriftin ölçüsü / 55 dəfə oxunub

Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

17 Iyul 2017 [14:58]
Bu gün mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür.

Mia.az-ın məlumatına görə, Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. "Bakı Bulvarı” və "Monitor” jurnalının baş redaktoru olub.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor” jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb.

Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır.



SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi