Şriftin ölçüsü / 162 dəfə oxunub

Bazarda dizellə işləyən maşınlara maraq artdı - VİDEO

17 Iyul 2017 [14:26]
Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb.

Mia.az Xezerxeber.az-a istinadən məlumat verir ki, maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər.

Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə maşınların qiymətində bahalaşma müşahidə edilir.

Dizel avtomobillərindən fərqli olaraq benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur. Buna rəğmən tələbat azalıb.

Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək.




SON XƏBƏRLƏR