17-07-2017 [14:00]
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dedi ki, özəl sərmayənin cəlb edilməsinə görə təkcə mərkəzi icra orqanları məsuliyyət daşımır, bu işdə yerli icra orqanları da fəal olmalıdırlar.
Dövlət başçısının sözlərinə görə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçılarından fəallıq tələb olunur:
"Bəzi yerlərdəbu fəallıq, nəticələr var, amma bəzi yerlərdə yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır”.
Qeyd edək ki, ilin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi dövlət başçısına bu məsələ ilə bağlı siyahı verəcək.
İ.Əliyev də bunu qeyd edərək bildirib ki, ona bu barədə siyahı verməlidirlər ki, hansı rayona nə qədər özəl sərmayə cəlb olunub:
"Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə həm də bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.
Göründüyü kimi, dövlət başçısı çox açıq şəkildə rayon icra başçılarına 6 ay vaxt qoyulduğunu bəyan edib. Bu isəo deməkdir ki, 6 aydan sonra xeyli sayda icra başçısı vəzifəsilə vidalaşa bilər.
Reyting.az-a verilən məlumata görə, Azərbaycanın ən azı 50-yə yaxın rayon rəhbəri son bir ildən etibarən rayona bir manat belə investisiya cəlb edə bilməyib:
"Düzdür, bəzi rayon rəhbərləri guya yuxarı dairələri aldatmaq istəyiblər. Onlar hətta pambıq əkini sahələrinin artırılması ilə bağlı tapşırıqlara da əməl edə bilməyiblər. 2016-cı ildə bunaəməl etməyən Bərdə və digər bir neçə rayonun icra başçısı Prezident Administrasiyasına çağrılaraq tənbeh ediliblər. Onların hər birinə pambıq əkini ilə bağlı konkret tapşırıq verilmişdi. Bu il isəhəmin icra başçılarının çoxu əkin sahələrini artırmaqla yanaşı, 20 ildir əkillməyən dövlət fondunun torpaqlarını da şumlatdıraraq, pambıq əkdiriblər. Üstəlik, Əmlak Komitəsi ilə uzunmüddətli, yəni 10-99 illik icarə müqaviləsi bağlayaraq, 50-100 hektar yerdə heyvandarlıq və digər biznes sahələri ilə məşğul olan yerli adamların sahələri əllərindən alınıb. Bəzi icra başçıları həmin yerləri özlərinə yaxın adamların adına sənədləşdirərək, guya kənardan hansısa biznesmenin rayona gəlib, sərmayə qoyması görüntüsü yaratmağa çalışıblar. Əslində isə bu yerləri başçıların özlər əkdirib”.
Dövləti belə "priyomlar”la aldadan rayon rəhbərlərinə qarşı ölçü götürüləcək:
"Ən azıona görə ki, torpağı əlindən alınan xeyli insan zərərə salınıb, üstəlik, bu əməlləri ilə heyvandarlıq sahəsinə də böyük zərbə vurulub. Təsadüfi deyil ki, hələ yay olmasına baxmayaraq, yerlərdə ətin qiyməti 25-30 faiz bahalaşıb. Yem məhsulları, daha dəqiqi, yonca bağlamalarının bir ədədi 1.5 manatdan 3-4 manata qalxıb. Sözsüz ki, bu problem qış aylarında özünü daha qabarıq şəkildə göstərəcək. Yəqin bunları yuxarı dairələrdə də bilirlər. Elə buna görə də, dövlət rəhbəri ilin sonunda icra başçıları ilə bağlı siyahı alacağını açıqladı”.
Məlumatlı şəxs əminliklə deyir ki, ilin sonuna qədər Bərdə, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Astara, Lerik, Lənkəran, Ucar, Quba, Kürdəmir, Ağdaş, Şamaxı, Tərtər, Ağstafa, Daşkəsən, Beyləqan, həmçinin Bakının iki rayonunun icra başçısı ilə bağlı dəyişiklik ola bilər:
"Bu siyahıda çox kiçik dəyişikliklərin olması mümkündür. Ola bilsin ki, siyahı daha da genişlənsin. Ancaq əmin olduğum bir məsələ var, hesab edirəm, Prezidentin son xəbərdarlığından sonra etimadı doğrultmayan icra başçıları hansısa nazir və ya komitə sədrinə sığınmaqla, vəzifələrini qoruya bilməyəcəklər”.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)