Azərbaycanla Latviya arasında sənədlər imzalandı - Fotolar

img

17-07-2017 [13:11]


Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Prezident İlham Əliyev və prezident Raymonds Veyonis "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis imzalayıblar.

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.



azerbaycan latviya senedleri imzalanibazerbaycan latviya senedleri imzalanib



Digər xəbərlər
SON XƏBƏRLƏR