Şriftin ölçüsü / 330 dəfə oxunub

Gecə klubunda boksçumuzun döydüyü qız danışdı - Sevgilisi imiş

17 Iyul 2017 [12:17]
Adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.

Mia.az yenicag.az-a istinadən xəbər verir ki, o, hadisənin təfərrüatını belə izah edib:

"Mənə sadəcə, sillə dəyib. "26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq.

Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”



SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi