Məşhur müğənni qəzaya düşdü - Vəziyyəti ağırdır

img

17-07-2017 [11:53]


Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Mia.az big.az-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan "VAZ 21 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir. Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR