Ən ye­ni dövr ki­no­la­rı­mız­da Azər­bay­can qa­dı­nı­nın ob­ra­zı...

img

17-07-2017 [11:31]


Ki­no şü­ur­la­ra da­ha tez tə­sir edir və in­sa­nın da­xi­li alə­mi­ni tər­pət­mə­yə, də­yiş­mə­yə qa­dir­dir. Bir çox hal­lar­da de­yir­lər ki, ki­no­nun, te­le­se­ria­lın möv­zu­su hə­yat­dan gö­tü­rü­lür. Bəl­kə də be­lə­dir, am­ma hə­ya­tı­mız ne­cə­dir­sə, onu bü­töv­lük­də ki­no­ya, se­ria­la gə­tir­mək doğ­ru de­yil. Əs­lin­də, ki­no hə­ya­tın ci­la­lan­mış mo­de­li­ni əks et­dir­mə­li­dir. Hə­ya­tın tam çıl­paq­lı­ğı ilə se­ri­al­da, ki­no­da can­lan­dı­rıl­ma­sı cə­miy­yət­də müs­bət re­ak­si­ya do­ğu­ra bil­məz.

Son il­lər Azər­bay­can te­le­vi­zi­ya­la­rı, elə­cə də müx­tə­lif özəl ki­no şir­kət­lər müx­tə­lif film və se­ri­al­lar çə­kir. Bu se­ri­al­la­rın da bə­zi­lə­rin­də Azər­bay­can xal­qı­nın ai­lə də­yər­lə­ri­nə zidd olan bə­zi mə­qam­lar əks olu­nub. Çox tə­əs­süf ki, se­ri­al­la­rın mü­əy­yən bir his­sə­sin­də qa­dın­la­rı­mı­zı, qız­la­rı­mı­zı da­ha çox hə­ya­sız, ai­lə də­yər­lə­ri­nə hör­mət et­mə­yən in­san­lar ki­mi təq­dim edir­lər. San­ki kim­lər­sə bi­zim ai­lə də­yər­lə­ri­nin qəs­di­nə du­rur. Azər­bay­can qız­la­rı bə­zi se­ri­al­lar­da küt­lə­vi ola­raq tər­bi­yə­siz, hə­ya­sız ki­mi gös­tə­ri­lir­sə, bu anor­mal­lıq de­yil­mi?



Psi­xo­loq Kö­nül Va­qif­qı­zı­nın söz­lə­ri­nə gö­rə, vi­zu­al sə­nət­də əks olu­nan is­tə­ni­lən ide­ya gənc­lə­rin və ye­ni­yet­mə­lə­rin şüu­ral­tın­da özü­nə yer tu­tur: "Se­ri­al qəh­rə­man­la­rı hə­mi­şə gənc­lər üçün ör­nək olub. Ya­dı­nı­za gə­lir­sə, bir vaxt­lar öl­kə­miz­də La­tın Ame­ri­ka­sı se­ri­al­la­rı dəb idi. Bə­zi qız­lar öz­lə­ri­ni o se­ri­al­la­rın qəh­rə­man­la­rı­na bən­zə­dir­di. Bu gün biz­də çə­ki­lən se­ri­al­la­rın bə­zi­lə­rin­də La­tın Ame­ri­ka­sı se­ri­al­la­rı­nın tə­si­ri­ni du­yu­ram. Azər­bay­can qa­dı­nı­nın bu şə­kil­də təq­dim edil­mə­si düz­gün de­yil. Bu, gənc­lər üçün pis nü­mu­nə­dir. Yün­gül hə­yat tər­zi ke­çi­rən qız­la­rın hə­ya­tı­nı ob­raz­la­rın di­li ilə bu qə­dər rek­lam et­mək ol­maz. Bu­nun­la gənc­lə­rin mə­nə­vi-əx­la­qi tər­bi­yə­si­nə zi­yan vu­ru­ruq. Diq­qət­li ol­saq yax­şı­dır. Nar­ko­ti­ki, fa­hi­şə­li­yi, hə­ya­sız­lı­ğı, ai­lə də­yər­lə­ri­nə hör­mət­siz­li­yi ek­ran­la­ra sıx-sıx gə­tir­dik­cə, əs­lin­də, on­la­rı tən­qid və if­şa ob­yek­ti­nə çe­vir­mi­rik, bu mən­fi hal­la­rı təb­liğ et­miş olu­ruq".

Digər xəbərlər
SON XƏBƏRLƏR