"O ali məktəb sevinsin ki, orada qəhrəmanın oğlu təhsil alacaq" - "Aprel şəhidi"nin övladı yüksək bal topladı

img

17-07-2017 [01:20]


"Dostlarıma bir xoş xəbərim var. Azərbaycanın xalqıının qəhrəmanı Raquf Orucovun böyük oğlu Aqşin bu gün ölkəmizin ali məktəblərindən birini qazanıb".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Aida Eyvazlı sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, şəhid Raquf Orucovun oğlu iyulun 14-də keçirilən qəbul imtahanında 550 bal yığıb:

"Hədəfi 700 bal imiş. Buna görə bir az məyus olub. Gözəl balam, elimin, Vətənimin qeyrətli oğlu. Sən Raquf kimi bir ata itkisinin kədərinin içərisində hətta 200 bal da yığsaydın, Azərbaycan səni ortada qoymayacaqdı. Bu Vətən sənə sahib çıxmalı idi. İndi isə inanıram ki, ölkəmizin ən yüksək, arzusunda olduğun həmin universitetində təhsilini dövlətimizin qayğısı ilə davam etdirəcəksən. O ali məktəb sevinsin ki, orada Raquf Orucov kimi bir qəhrəmanın oğlu təhsil alacaq. 

Başını dik tut, sıxılma! #Raqufsevərlər gözünüz aydın. Sevinc xanım, Sizi təbrik edirəm”.

Xatırladaq ki, R.Orucov ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub.

Mia.az şəhidimizə Allahdan rəhmət, övladına isə böyük uğurlar arzulayır! 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR