II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlandı - Cavabları necə öyrənmək olar?

img

16-07-2017 [20:42]


Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib.

DİM-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına (dim.gov.az) daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097-si imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 33-ü imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 nömrəli və Bakı şəhəri, Suraxanı rayonu 278 nömrəli orta məktəblərin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR