Çempionlar Liqası: "“Qarabağ”ın oyunu canlı yayımlanacaq"

img

15-07-2017 [23:48]


Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” Gürcüstan çempionu "Samtredia”nın qonağı olacaq.

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  iyulun 18-də "Boris Payçadze” adına stadionunda keçiriləcək görüş "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı veriləcək.

Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ” ilk matçda Bakıda "Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR