Şriftin ölçüsü / 128 dəfə oxunub

Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

15 Iyul 2017 [16:11]
İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava  şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə  22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.  


SON XƏBƏRLƏR